Həbsdən çıxan qonşusunu güllələdi


18:18     08 Sentyabr 2017 gulleleyib.jpg

Bakı sakini qonşusunu güllələyib.


Femida.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 6-da Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Etibar Məhərrəmov qırma yarası ilə xəstəxanaya gətirilib.

Həmyerlisi Mikayıl Dəmirli 12-ci Polis Bölməsinə gələrək hadisənin münaqişə zəminində onun tərəfindən törədilməsini bildirib və istifadə etdiyi, müvafiq sənədləri olmayan, lüləsi kəsilmiş "TOZ-12” markalı tüfəngi təhvil verib.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1246