Quba-Xınalıq yolu açıldı


15:34     09 Sentyabr 2017 xinaliq%20yolu.jpg

Ötən gün axşam saatlarında güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.


Femida.az xəbər verir ki, leysan yağışları nəticəsində yolun 36,42,50 və 54-cü kilometrliyinə qaya parçaları düşüb. Yol təxminən 5-6 saat bağlı qalıb.

Gecə saatlarında əraziyə "Azəryolservis" ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.

Bəzi ərazilərdə təmizləmə işləri hazırda da davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 780