Mehdiabadda güclü YANĞIN


13:49     10 Sentyabr 2017 1431007777_yangin-hadisesi-bash-verib5.jpg

Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 600 kvadratmetr olan sexdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində ikimərtəbəli beşotaqlı sexin ikinci mərtəbəsi və dam örtüyü 300 kvadrat metr sahədə və içərisində olan 5 dəzgah yanıb, yüksək temperaturdan 1-ci mərtəbənin lambirdən ibarət arakəsməsi 140 kvadrat metr sahədə əriyib. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 713