Qəzalar yollara 313,7 min manat ziyan vurub


13:10     11 Sentyabr 2017 nardaran_yollar_150116_01.jpg

2017-ci ilin 6 ayı ərzində respublikanın avtomobil yollarında 244 yol-nəqliyyat hadisəsi baş verib.


"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Femida.az-a bildirir ki, baş verən yol qəzaları nəticəsində 3621 p/m əyrixətli tirlər, 12 işıq dirəyi, 30,0 p/m körpü məhəccəri, 22,3 p/m istinad divarı və 4 yol nişanı yararsız hala düşüb.

Ümumilikdə, yol təsərrüfatına 313,7 min manat məbləğində maddi ziyan dəyib. Dəymiş ziyanın 192,1 min manatı ödənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 655