Lənkəranskinin qətlində əli olan azərbaycanlı öldürüldü - YENİLƏNİB


20:29     12 Sentyabr 2017 t15.jpg

Tbilisidə qətlə yetirilmiş Azərbaycan vətəndaşının kimliyi məlum olub.


Gürcüstan KİV-lərinin yaydığı xəbərə görə, öldürülən şəxs 1975-ci il təvəllüdlü Elçin Məmmədovdur.

Kanalın yaydığı xəbərə görə, E. Məmmədovun adı “qanuni oğru” Rövşən Lənkəranskinin qətlində hallanıb.

***
10:44

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.

Femida.az xəbər verir ki, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub.

Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı hələ rəsmi məlumat yaymayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2880