Saakaşvili Ukraynada yoxa çıxıb


16:04     13 Sentyabr 2017 saakashvili-e1423303538787.jpg

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili dünən gecə Lvovda qaldığı hoteldən çıxıb, bir daha geri qayıtmayıb.


Ukrayna KİV-lərinin yaydığı xəbərə görə, sabiq qubernatorun cangüdənləri bildirib ki, o, iş dalınca gedib. Ancaq vəkili onun öz istəyi ilə hoteli tərk etdiyini, yoxsa aparıldığını dəqiq bilmədiyini qeyd edib. Vəkil sabiq qubernatorun Çernovtsı şəhərinə getdiyini təxmin etdiyini bildirib.

Məlum olan odur ki, M.Saakaşvili hoteldən "Donbas" taborundan olan silahdaşları ilə birgə mikroavtobusda gedib. Onları aparan mikroavtobus bu gün səhər hotelə qayıtsa da, Saakaşvili geri dönməyib.

Qeyd edək ki, M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. O, 18 sentyabrda məhkəmə qarşısına çıxmalıdır.

Onu da əlavə edək ki, M. Saakaşvili sentyabrın 13-dən başlayaraq Ukraynanın bütün bölgələrini gəzəcəyini bəyan etmişdi. Bu gün onun Çernovtsı şəhərində mərkəzi meydanda görüş keçirməsi planlaşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1516