Fəhləni ilan sancıb


17:32     13 Sentyabr 2017 ilan%20sancdi4.jpg

Tovuzda Gəncə sakinini ilan sancıb.


Femida.az-ın verdiyi məlumata görə, hadisə rayonun Girzan kəndi yaxınlığında, Ceyrançöl adlanan ərazidə qeydə alınıb. İlan orada fəhlə işləyən Gəncə sakini, 1994-cü il təvəllüdlü Anar Hüseynovu ayağından sancıb. O dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyətinin kafi olduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1273