Nazirin qardaşına pul “atan” şəxsə şərti cəza verildi
17:03 14 Sentyabr 2017
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az-ın xəbərinə görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Nəbiyev barəsində iki il sınaq müddəti təyin olunmaqla şərti cəza seçilib.
Qeyd edək ki, prokuror S. Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttihama görə, 2015-ci ildə S. Nəbiyev Əlikram Camalova birgə biznes qurmağı təklif edərək ondan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” mağazasına investisiya qoymasını istəyib. Əvəzində isə qazancın yarısını Ə. Camalova verəcəyini vəd edib. Ə. Camalov razılaşıb və 2015-ci il noyabrın 3-də Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. S. Nəbiyev vəsaiti mənimsəyərək Ə. Camalova pulu qaytarmayıb. Bundan sonra Ə. Camalov polisə müraciət edib. Təqsirləndirilən S. Nəbiyevə Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi açılıb və onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Əlikram Camalov kəndli-fermer təsərrüfatının təsisçisi və müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.
Femida.az
Oxunub: 716
Oxşar xəbərlər
- Nazirin qəbulunun vaxtı dəyişdirildi
- Nazirin qardaşı yenidən məhkəməyə çağırıldı - Mübahisə düşdü
- Nazirin qardaşına qarşı DƏLƏDUZLUQ - 9 il iş istənildi
- Nazirin qardaşına pul `atan` şəxsin məhkəməsi olub
- Nazirin görüş vaxtı dəyişdirilib
- Nazirin qəbul vaxtı dəyişdi
- Nazirin qəbul vaxtı dəyişdirilib
- Nazirin qəbul vaxtı dəyişdirildi
- Nazirin sabiq müşavirinin işindən xəbər var
- Nazirin görüş vaxtı dəyişdi - Səbəbi isə...