İrəvanın mərkəzində atışma - ölən var


19:48     14 Sentyabr 2017 irevan5.jpg

İrəvanın mərkəzində baş verən atışma nəticəsində bir nəfər ölüb.


Ermənistan KİV-lərinin yaydığı xəbərə görə, hadisə Respublika meydanının yaxınlığında qeydə alınıb.

Hazırda hadisə yerinə polis əməkdaşlarının yollandığı, atışma ilə bağlı araşdırmaların aparıldığı məlumat verilib.

Qeyd edək ki, Respublika meydanının yaxınlığında hökumət binaları yerləşir.

Femida.az

Açar sözlər:

Oxunub: 848