“Hər bir başlanğıc yeni imkandır“ - Nazir birinciləri təbrik etdi
13:56 15 Sentyabr 2017
Təhsil naziri Mikayıl Cabbarov "Bilik günü" münasibəti ilə təbriki ilə təhsil işçilərini təbrik edib.
Təhsil Nazirliyindən Femida.az-a verilən məlumata görə, təbrikdə deyilir:
"Əziz müəllimlər, tələbələr və şagirdlər, hörmətli valideynlər!
Sizi yeni təhsil ili münasibətilə təbrik edirəm!
"Bilik günü" - bu günün sevincini yaşayan hər bir kəs üçün əlamətdardır. Bu gün insanları xəyallarına, arzularına qovuşmasına zəmin yaradır, həyat yolunun başlanğıcıdır. Bu yolu inamla getmək üçün əsas keyfiyyət ölkəmizin gələcəyi naminə qazanılan zəruri biliklər, vətəndaşlıq ləyaqəti və dəyərlərə olan hörmətdir.
Zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Burada hamımızın birgə əməyi vacib və həlledicidir - Vətən sevgisi və yeni dünyanı fəth etmək enerjisi ilə.
Əziz müəllimlər, tələbələr və şagirdlər!
Hər bir başlanğıc yeni imkandır.
"Bilik günü" ilə başlanan bu imkanı uğurlu həyat hekayəsinə çevirməkdə hər birinizə nailiyyətlər arzulayıram!"
Femida.az
Oxunub: 708
Oxşar xəbərlər
- “Hər an aktiv döyüşlərə hazır olun” - Müdafiə naziri
- “Hər bir icra başçısının işinə qiymət veriləcək” - Prezident
- “Hər ərəbi qəbul etmirik” – Hostel sahibləri danışır
- “Hər kəs ev ala biləcək” - Vüqar Bayramov
- “Hərbi çevrilişə cəhd medianın sayəsində baş tutmadı”
- “Hər şeyi testin üstünə atmasınlar” - TQDK sədri
- “Hər şey ədalətli olarsa, nəticə də ədalətli olar”- Novruz Məmmədov
- “Hər şey onun Xoşqədəm xanımla pis münasibəti ilə başladı”- Mirşahin
- “Hər iki tərəf minaatanlardan istifadə edir” – Ceyms Uorlik
- “Hər ay mindən çox İŞİD-çini öldürürük” - ABŞ