Həkim-rezidentlərin dövri attestasiyası keçiriləcək


20:28     15 Sentyabr 2017 hekim0.jpg

Həkim-rezidentlərin dövri attestasiyası keçiriləcək.


Femida.az-ın Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, attestasiya Azərbaycan Tibb Universitetinin (ATU) Virtual Test Mərkəzində oktyabr ayında müvafiq cədvələ uyğun baş tutacaq.

İmtahanda iştirak etmək üçün həkim-rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Həkim-rezidentlər istifadəçi şifrələrini ATU-nun Virtual Test Mərkəzində 20.09.-29.09.2017-ci il tarixlərində şəxsiyyət vəsiqələrini təqdim etməklə əldə edə bilərlər.
Dövri attestasiyada iştirak edəcək həkim-rezidentlər üçün ATU-nun Virtual Test Mərkəzində 02-03.09.2017-ci il tarixlərində saat 14.00-da treninq keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 687


Oxşar xəbərlər