Əcnəbilərin Azərbaycanda elmi dərəcə alması qaydaları dəyişdirilir


21:25     15 Sentyabr 2017 milli%20mec2.jpg

Azərbaycanda əcnəbi və vətəndaşlığı olmayan şəxslərin elmi dərəcə almaları ilə bağlı qaydalar dəyişdirilir.


Femida.az-ın məlumatına görə, bununla bağlı “Təhsil haqqında” qanunun 23.5-ci maddəsinə (Doktorantura) dəyişiklik təklif olunur.

Dəyişikliyə əsasən, ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, “Elm haqqında” qanuna və bu qanuna uyğun olaraq, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir.

Maddənin hazırda qüvvədə olan variantı isə belədir: “Ali təhsil müəssisələrinin və elmi təşkilatların doktoranturalarına əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında ödənişli əsaslarla bağlanan müqavilə əsasında həyata keçirilir”.

Layihə Milli Məclisin sentyabrın 18-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 487