Əhaliyə göstərilən ödənişli xidmətlər artıb


16:21     16 Sentyabr 2017 manat02.jpg

2017-ci ilin yanvar-avqust ayları ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,6% artaraq 5164,1 mln. manat olub.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən xəbərə görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3802,3 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6%-ni təşkil edib.

Cari ilin yanvar-avqust ayları ərzində hər bir ölkə sakini orta hesabla 531,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 44,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 885