Odessada matəm elan olunub


18:20     16 Sentyabr 2017 4-1.jpeg

Ukraynanın Odessa şəhərində uşaq istirahət düşərgəsində baş vermiş faciəvi hadisə ilə əlaqədar matəm elan olunub.


Femida.az-ın xəbərinə görə, bu barədə Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Stepanov özünün “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, sentyabrın 16-a keçən gecə “Viktoriya” istirahət düşərgəsində güclü yanğın baş verib. Yanğın zamanı düşərgədə 150 uşaq olub. Yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 3 uşaq ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1493