37 yaşlı qadın özünü körpüdən atıb


20:52     16 Sentyabr 2017 1492670796_intihar-nedir-2017.jpg

Qazaxda intihara cəhd olub.


Rayon sakini, 1980-ci il təvəllüdlü Yusifova Nəsibə Cavanşir qızı Qazax şəhərində, parkın yaxınlığında yerləşən körpüdən özünü atıb.

Ağır xəsarət alan qadın Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb, ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Qadının hansı səbəbdən özünü körpüdən atdığı məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 675