Qaynatasını öldürən gəncin cəzası azaldıldı


16:06     18 Sentyabr 2017 hebs%20omur2.jpg

Qayınatasını öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Tural Rüstəmovun birinci instansiya məhkəməsindən verdiyi şikayət üzrə məhkəmə başa çatıb.


Femida.az xəbər verir ki, Apelyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Tural Rüstəmovun şikayəti qismən təmin edilib və onun cəzası 10 il 6 aya endirilib.

Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmü ilə Tural Rüstəmov 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, qətl keçən il avqustunda İsmayıllıda baş verib. Tural Rüstəmov arvadı Mehparə Kərəmova ilə ailə-məişət zəminində mübahisələr edib. Qadın bu barədə atası Roman Kərəmova deyib.

Roman Kərəmov Tural Rüstəmovun işlədiyi "Əşya bazarı"na gəlib.
Tural qayınatasının onunla əsəbi danışdığını görüb. Bu səbəbdən qayınatasının onunla dalaşmaq üçün gəldiyini ehtimal edib. Bu zaman zərurət yaranarsa, qayınatasına qarşı tətbiq etmək məqsədi ilə əvvəlcədən özü ilə iş prosesində istifadə etdiyi "yeyə" alətini götürüb və üzərində gizlətdikdən sonra çölə çıxıb.

Roman Kərəmov tərəfindən Tural Rüstəmovun özünü və yaxın qohumlarının ünvanına nalayiq ifadələrin işlədilib. Bu zaman Tural Rüstəmov işdən çıxarkən götürdüyü "yeyə" ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.

Roman Kərimov aldığı xəsarətlərdən ölüb. Qayınatasını öldürən Tural Rüstəmov polisə gələrək könüllü təslim olub.

Tural Rüstəmov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 792


Oxşar xəbərlər