Asiya İnkişaf Bankının icraçı direktoru Azərbaycandadır


22:42     18 Sentyabr 2017 asiya%20inkisaf.jpg

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.


Femida.az bildirir ki, fonddan Trend-ə verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.

Femida.az

Açar sözlər:

Oxunub: 441