“Moyka”ya apardığı maşını qaçırdılar


16:04     20 Sentyabr 2017 moyka.jpg

Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, sentyabrın 19-da Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindəki avtoyuma məntəqələrindən birindən Maştağa qəsəbə sakini Zamin Bağıyevə məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən, həmin avtoyuma məntəqəsində işləyən, Şərur rayon sakini İsmayıl Yasinli Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1625


Oxşar xəbərlər