Qoyun oğurlayan xalaoğlular tutuldu


16:31     30 Avqust 2015 90381.jpg


Astara polisi mal-qara oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəni zərərsizləşdirməyə nail olub.


Femida.az-ın verdiyi məlumata görə, keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı müəyyən edilib ki, avqustun 26-da, saat 21:00 radələrində vətəndaş Cabbarov Arif Xudayar oğlu xalası oğlu Mirzəyev Şamxal Raqib oğlu ilə özgənin əmlakını gizli talamaq məqsədilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Mürsəlzadə Rövşən Yaşar oğlunun Astara rayonu Şahağacı kəndində yerləşən fermasına qanunsuz daxil olaraq oradan 7 (yeddi) baş qoyun oğurlamaqla zərər çəkmiş şəxs Rövşən Mürsəzadəyə 700 manat dəyərində maddi ziyan vurublar.

Bununla kifayətlənməyən Arif Cabbarov təkrarən avqustun 27-də, saat 03:00 radələrində xalası oğlu Şamxal Mirzəyevlə birgə qonşusu və qohumu Hüseynova Fərqanə Rəhman qızının Şahağacı kəndində olan həyətindəki tövləyə qanunsuz daxil olaraq oradan 1 baş qoyun oğurlamaqla zərər çəkmiş şəxsə 100 manat dəyərində maddi ziyan vurub.

Artıq faktla bağlı CM-nin 177.2.1 və 177.2.3 maddələri ilə cinayət işi başlanaraq Mirzəyev Şamxal Raqib oğlu və Cabbarov Arif Xudayar oğlu barəsində həbs qətimkan tədbiri seçilib. Xalaoğluların daha hansı cinayətdə əli olmalarına və oğurluq malların taleyinə istintaq aydınlıq gətirəcək.

Açar sözlər:

Oxunub: 986