Səudiyyədə qadınlar da maşın sürəcək


13:00     27 Sentyabr 2017 shutterstock_387754171.jpg

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb.


Femida.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı XİN məlumat yayıb.

Kral qadınlara avtomobil idarə etmək hüququnun verilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün müvafiq qurumlara göstəriş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 725