Kəsdiyi ağacın altında qalıb öldü - Bələdiyyə sədri idi


17:06     27 Sentyabr 2017 odun%20agac.JPG

Daşkəsən sakini bədbəxt hadisə nəticəsində ölüb.


Femida.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, rayonun Zinzahal kənd bələdiyyəsinin sədri, kənd sakini, 1980-ci il təvəllüdlü Fizuli Quliyev meşədə ağac kəsən zaman ehtiyatsızlıq nəticəsində ağacın altında qalıb.

Ağır bədən xəsarətləri alan F. Quliyev xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 744