Dillər Universitetinin tələbəsi məhkəmə zalından azadlığa buraxıldı


22:44     27 Sentyabr 2017 mehkeme%20(1)11.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsi Kənan Əhmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, K. Əhmədli barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

O, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, K. Əhmədli özgənin əmlakını ələ keçirmək məqsədilə ucuz qiymətə ABŞ-dan telefon sifariş verib Azərbaycana gətizdirmək iqtidarında olması haqqında sosial şəbəkələrdə yalan status yazıb. Bu yolla ona müraciət edən Mahir Seyidzadənin 8450 ABŞ dolları pulunu alıb, lakin vədinə əməl etməyib.

O, bir neçə zərərçəkmiş şəxsə də 13 min 494 manat məbləğində ziyan vurub.

Barəsində həbs qətimkan tədbiri seçilən K. Əhmədliyə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi açılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1133


Oxşar xəbərlər