Dələduz qadının şikayəti təmin edilmədi


01:07     28 Sentyabr 2017 1421915026_atasini-balta-ile-olduren-shexse-hokm-oxunub-cenubnews.jpg

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın apellyasiya şikayətinə baxılıb.

Femida.az -ın məlumatına görə, prosesdə qərar elan edilib. Qərara əsasən şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L. Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib. Şikayət həmin hökmdən verilib.

Binəqədi Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşı L. Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur. L. Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir. İttihama görə, o, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Məlumata görə, 95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova əri Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirmiş. O, pasportunu dəyişdirərkən saxlanılıb. E. Əkbərov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib və hazırda Almaniyada mühacir həyatı yaşayır. Adı dələduzluqda hallanan M. Əkbərov polis orqanlarından xaric edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 666