Bakı metrosu 1 saata 25 min sərnişin daşıyıb


14:57     28 Sentyabr 2017 metro%20sixliq.jpg

"Dünən Bakıda keçirilən "Qarabağ" - "Roma" oyunundan sonra Bakı metrosuna 25 mindən artıq sərnişin daxil olub".


Bu barədə Femida.az-a "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb:

"Həmin gün gecə saat 22:00-23:00 radələrində, yəni bir saat ərzində stansiyalarla 25 mindən artıq sərnişin daşınıb. Platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb, müəyyən yerlərdə sərnişinlərin hərəkətinə müəyyən müddətə məhdudiyyətlər də qoyulub. Sərnişinlər mərhələ-mərhələ stansiyalara buraxılıb".

Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Roma" qonaqların 2:1 hesabı qələbəsi ilə başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 638