Kreml Abdulatipovun yerinə onu gətirir


15:09     28 Sentyabr 2017 as4j9614.jpg

Rusiya Federasiyası Milli Qvardiya Qoşunları Federal Xidmətinin (Rosqvardiya) direktorunun birinci müavini Sergey Melikov Dağıstanın başçısı vəzifəsinə başlıca namizəd ola bilər.


Femida.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Rusiya xalqlar konqresinin həmsədri Ruslan Qurbanov deyib.

“Melikovu bu vəzifəyə bir neçə ildir hazırlayırlar, məhz elə bu səbəbdən də onu Rusiya prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi təyin ediblər”.

Xatırladaq ki, Dağıstanın başçısı Ramazan Abdulatipov dünən istefa vermək niyyətini açıqlayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2143