Baş redaktorun məhkəməsi başlayıb - Dələduzluqda təqsirləndirilir


19:26     28 Sentyabr 2017 samire%20nesirli.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Ata yolu" qəzetinin baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.


Femida.az-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə cinayət işinin məhkəmə baxışına verilməsi məsələsi müzakirə edilib. Zərərçəkmiş şəxslər buna etiraz etməyiblər.

S. Nəsirova günahkar olduğunu deyib, işinə düzgün baxılmasını xahiş edib.

O, ittiham aktında zərərçəkmiş şəxslərin sayının çox yazıldığını deyib.

Məhkəmənin baxış iclası oktyabrın 5-nə təyin edilib.

S. Nəsirova Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sürücü kimi işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun işində 29 nəfər zərərçəkmiş var.

S. Nəsirova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1239