Onları 18 il həbs cəzası gözləyir — Qanun dəyişdirilir


21:08     28 Sentyabr 2017 hebs%20misir7.jpg

Azərbaycanda xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədilən quldurluğa görə ayrıca və ağır cəza tətbiq edilə bilər.


Femida.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 181-ci (Quldurluq) maddəsinə yeni 4-cü bəndin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, Məcəllənin 181.1 (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) və 181.3-cü (Eyni əməllər mütəşəkkil dəstə tərəfindən, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələrindəki əməllər xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə 14 ildən 18 il müddətə qədər azadlıqdan məhrum etmə cəzası tətbiq ediləcək.

Layihə sentyabrın 29-da ictimai dinləmədən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 876


Oxşar xəbərlər