İlham Əliyev Stavropol Forumunun iştirakçılarına müraciət etdi
21:27 28 Sentyabr 2017
Azərbaycanın və Rusiyanın dövlət qurumları rəhbərlərinin, işgüzar dairələrin və aparıcı ekspert ictimaiyyətinin nümayəndələrinin illik görüşləri xoş ənənəyə və ölkələrimizin həyatında əlamətdar hadisəyə çevrilib.
Femida.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Stavropol şəhərində keçirilən VIII Rusiya-Azərbaycan Regionlararası Forumunun iştirakçılarına müraciətində bildirib.
Müraciəti Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev oxuyub.
Müraciətdə qeyd olunur: "Bu gün tamamilə aydındır ki, regionlararası forumlar qarşılıqlı maraqları göstərən aktual məsələlərin müzakirə olunduğu nüfuzlu meydan qismində möhkəmlənə bilib. Əlamətdar haldır ki, diqqət mərkəzinizdə hər zaman ticarət-iqtisadidən tutmuş humanitar sahəyədək əməkdaşlığın prioritet istiqamətləri yer alır. Bu forumlarda qarşılıqlı fəaliyyətin əsas aspektləri nəzərdən keçirilir, müqavilələr və sazişlər imzalanır, biznes layihələri təşviq edilir, gələcək təşəbbüslər üçün əlaqələr yaradılır. Şübhəsiz ki, bütün bunlar iki ölkə arasında konstruktiv dialoqun gələcəkdə genişləndirilməsinə mühüm töhfə verir, yeni perspektivlər və imkanlar yaradır, Azərbaycan-Rusiya əlaqələrinə yeni təkan verir.
Əminəm ki, cari işgüzar proqram çərçivəsində yeni ideyalar və birgə layihələrimiz meydana çıxacaq və onların reallaşdırılması Azərbaycan və Rusiya arasında qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsi işində daha bir addım olacaq. Sizə uğurlu və səmərəli iş arzulayıram!"
Femida.az
Oxunub: 497
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir