Sabahın hava proqnozu - Yenə yağış yaracaq


16:43     29 Sentyabr 2017 yagis%20femida2.jpg

Sentyabrın 30-da Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.


Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Femida.az -a verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın əksər rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Şərq küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 16-21° isti, dağlarda gecə 2-7°, gündüz 8-13° isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1083