Dünənki tıxacla bağlı AÇIQLAMA


16:55     30 Sentyabr 2017 tixacc4.jpg

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti (ASC) ötən gün axşam saatlarında paytaxtın girişində müşahidə olunan tıxacla bağlı ittihamlara münasibət bildirib.


ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Femida.az-a bildirib ki, sakinlərn saatlarla yolda qalması aparılan təmir işləri ilə əlaqədar deyil.

“Təmir işləri Sulutəpə dairəsindən yuxarıda, Biləcəriyə gedən yolda aparılır. Artıq yekunlaşmaq üzrədir. Yolun asfalt örtüyü dəyişdirilir. Hətta təmir maşınları da tıxacda qaldığından iş yerinə vaxtında gedib çata bilməyiblər. Əməkdaşlarımız yağışın kəsildiyi anı gözləyirdilər ki, işə başlasınlar. Ancaq inanmıram ki, problem təmirlə bağlı olsun. Çünki Bakı-Sumqayıt və Bakı-Şamaxı yolunda hər hansısa təmir-tikinti işləri aparılmayıb. Tıxacın yaranması da sırf qeyd edilən məsələ ilə bağlı deyil”.

Qeyd edək ki, dünən axşam saatlarında Bakının bir sıra küçə və prospektlərində böyük tıxaclar yaranıb. "20 Yanvar" dairəsindən Xırdalan istiqamətinədək olan yolda avtomobillər bir saatdan çox hərəkətsiz vəziyyətdə qalıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 766