Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib


01:32     03 Oktyabr 2017 1432729161_qaz.jpg

Bu gün Xaçmaz rayonunun Səlimoba kəndinə ilk dəfə təbii qaz verilib.


Femida.az -ın “Azəriqaz” İB-yə istinadən verdiyi xəbərə görə, 63 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 4 631 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Hazırda Xaçmaz rayonunun Günəşli qəsəbəsində və Qaracik Zeyid kəndində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 903


Oxşar xəbərlər