Mahaçqalada partlayıcı qurğu tapıldı, küçə bağlandı


16:03     05 Oktyabr 2017 dagistan-polis1.jpg

Rusiyanın Dağıstan Muxtar Respublikasının paytaxtı Mahaçqala şəhərində partlayıcı qurğu aşkarlanıb.


Femida.az xəbər verir ki, bu barədə Dağıstanın hüquq-mühafizə orqanları məlumat yayıb.

Şübhəli əşya aşkarlanan küçənin bir hissəsi bağlanıb. Mühəndis istehkamçılar partlayıcı qurğunu zərərsizləşdiriblər. Onun hazırlanması başa çatmayan partlayıcı qurğu olduğu ehtimal edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 817