Almaniyalı alim Tərcümə Mərkəzində olub


21:50     05 Oktyabr 2017 alman-manshet-img-7889.JPG

Oktyabrın 5-də Almaniyanın Vürtsburq Universitetinin professoru Ziklinde Hartman Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.


Mərkəzdən Femida.az-a bildirilib ki, görüş zamanı Mərkəzin Azərbaycan dilinə tərcümə və nəşr etdiyi Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass və digər bu kimi tanınmış alman ədiblərinin əsərlərindən söz açılıb. Daha sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında sıx ədəbi körpülərin qurulması, Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində alman dilinə tərcümə edilmiş və xanım Ziklinde Hartmanın redaktoru olduğu “Azərbaycan hekayəsi” kitabının Frankfurt universitetlərinin kitabxanalarına yerləşdirilməsinə və təqdimatına dair məsələlər müzakirə olunub.

Görüşün sonunda qonağa Mərkəzin son nəşrlərindən olan Haynrix Böllün “İki roman” kitabı hədiyyə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 814