`Bu adamlar ermənilərə satqınlıq edənlərin qohumları ilə əlaqə yaradır` - Polkovnikdən açıqlama


23:45     06 Oktyabr 2017 hqdefault98.jpg

"Son günlər xaricdə sığınacaq tapmış bəzi üzdəniraqlar sosial şəbəkələrdə ölkəmizin uğurlarına qısqanclıqla yanaşaraq ordumuz haqqında şayiələr yaymaqla məşğuldurlar".


Bu fikirləri Femida.az -a hərbi ekspert, istefada olan polkovnik Məhərrəm Cahangirov bildirib.

Hərbi ekspert qeyd edib ki, xaricdə məskunlaşan bu adamlar ermənilərə satqınlıq edənlərin qohumları ilə əlaqə yaradır və topladıqları məlumatları sosial şəbəkələrdə paylaşmaqla öz aləmlərində ölkəmizdə baş verən proseslərə təsir etməyə cəhd göstərirlər:

"Bunu yerinə yetirənlər açıq şəkildə erməni lobbisinə xidmət edənlərdir. Qısa müddət ərzində Azərbaycanda, o cümlədən Ali Baş Komandanın tapşırığına əsasən ordumuzda aparılan islahatlar və qazanılan uğurlar göz qabağındadır. Artıq hamı təsdiq edir ki, Ordumuz uğurla inkişaf edir, döyüş hazırlığı, nizam-intizamı daha da möhkəmlənir, yeni silah və texnika alınır, irimiqyaslı təlimlər keçirilir. Dünyanın bir çox nüfuzlu şəxsləri və təşkilatlar qazandığımız uğurları yüksək qiymətləndirirlər".

"Belə olan halda bir ovuc qara niyyətli xəbislərin yalanları əslində heç nəyi dəyişmir. Uğurlarımızdan narahat olanlar isə əsasən düşmən dəyirmanına su tökənlər və erməni lobbisinin təsiri altına düşənlərdir. Bütün bu uğursuz, qərəzli çıxışlara baxmayaraq xalqımız ordumuza güvənir və onun qələbələrinə sevinir. Öz tərəfimdən isə sosial şəbəkə istifadəçilərindən bu cür provokasiyalara uymamağı və ara söhbətlərinə fikir verməməyi tövsiyə edirəm", - deyə M.Cahangirov vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 8149