DİM-də növbəti SAT imtahanları keçirilib
18:57 07 Oktyabr 2017
Dövlət İmtahan Mərkəzində (DİM) bu gün növbəti SAT imtahanları (SAT, SAT Subject and SAT with Essay ) keçirilib.
DİM-dən Femida.az-a verilən məlumata görə, imtahanlar Mərkəzin inzibati binasında təşkil olunub. İmtahanlarda 37 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan nəticələrinin oktyabrın 26-a qədər elan olunması gözlənilir.
Nəticələrlə https://sat.collegeboard.org/scores linkində tanış olmaq mümkün olacaq.
Femida.az
Oxunub: 762