İlham Əliyevin göndərdiyi layihə plenar iclasa çıxarılır
16:30 10 Oktyabr 2017
Prezident İlham Əliyevin Milli Məclisə təqdim etdiyi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi parlamentin oktyabrın 20-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Femida.az-ın məlumatına görə, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub.
Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Bundan başqa, bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməlləri dekriminalaşdırılır. Bu əməllərə görə məsuliyyət həddi 5 dəfə artırılır.
Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib.
Dəyişikliklə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük cinayətlər törətməyən kateqoriyaya, eyni zamanda 4 cinayət ağır kateqoriyadan azağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdam məhrum etmə cəzasının hədləri dəyişdirilib.
Femida.az
Oxunub: 1745
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir