10 oktyabr - Edam cəzasına qarşı mübarizə günüdür


17:01     10 Oktyabr 2017 edam_051013_main.jpg

Bu gün edam cəzasına qarşı beynəlxalq və Avropa mübarizə günüdür.


Bir çox ölkələrdə ölüm hökmünün ləğvi və məhdudlaşdırılması istiqamətində tendensiyanın artmasına baxmayaraq, dünyada edam cəzasının tətbiqinin sayı və üslubu həyəcan doğurmaqda davam edir.

139 ölkədə, yəni dünya ölkələrinin üçdə ikisində bu, qanunda və ya təcrübədə ləğv olunsa belə, yenə də keçən il ən azı 5679 edam cəzası icra olunmuşdur. Edam cəzası qüvvədə olan ölkələrdə beynəlxalq norma və standartlar sahəsində ciddi problemlər yaşanmaqdadır. Bu da edam cəzasının ləğv edilməsi təşəbbüslərinin artmasını daha da zəruriləşdirir.

BMT Baş Məclisinin 65-ci sessiyasında edam cəzasının ləğvinə dair qətnamənin qəbulunun planlaşdırılması bu cəza üsulunun beynəlxalq səviyyədə ləğv edilməsinə doğru beynəlxalq miqyasda daha böyük tərəqqinin əldə edilməsinə ümid yaradır. Edam cəzasının ləğvi Demokratiya və İnsan Hüquqları üzrə Avropa Alətinin (EIDHR) tematik prioritetlərindən biridir.

Qeyd edək ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1998-ci ildə Azərbaycanda ölüm hökmü ləğv edilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 545