Nazirlə görüşmək istəyənlərin nəzərinə!
22:15 10 Oktyabr 2017
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 13-də saat 12:30-da Göyçay şəhərində Göyçay, Kürdəmir, Ucar, Ağdaş rayonlarının və Mingəçevir şəhərinin sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 "Çağrı mərkəzi", 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Göyçay rayonunda 02027 42366
Mingəçevir şəhərində 02427 52999
Kürdəmir rayonunda 02025 51599
Ucar rayonunda 02021 33777
Ağdaş rayonunda 02023 55199
nömrəli telefonlara zəng etmələri xahiş olunur.
Femida.az
Oxunub: 410
Oxşar xəbərlər
- Nazirlər Kabinetindən ali təhsil müəssisələriylə bağlı QƏRAR
- Nazirlər mətbuat konfransında dalaşdı
- Nazirlər Kabinetinin sabiq əməkdaşının məhkəməsi başlayır
- Nazirlə görüş var
- Nazirlər Kabinetində ştat sayı artırıldı
- Nazirlə görüşmək istəyənlər bu nömrəni yığsın
- Nazirlərin konfransında Bakı Bəyannaməsi qəbul olundu
- Nazirlər Kabinetinin əməkdaşları qəzaya düşdü - ölən var
- Nazirlə görüşmək istəyən bu nömrəni yığsın
- Nazirlər Kabinetinin səlahiyyəti artırıldı