Oqtay Əsədov Belarusdadır
16:57 11 Oktyabr 2017
Milli Məclis sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Minskə gedib.
Milli Məclisin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə parlamentin komitə sədrləri Ziyad Səmədzadə, Fuad Muradov, deputatlardan Xanlar Fətiyev, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digərləri daxildir.
Səfər çərçivəsində Milli Məclis sədrinin ölkə prezidenti Aleksandr Lukaşenko, baş nazir Andrey Kobyakov, Respublika Şurasının sədri Mixail Myasnikoviç və Belarus Milli Məclisinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşməsi, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatlar ölkədəki Azad İqtisadi Zonanın fəaliyyəti ilə yaxından maraqlanacaq, Minsk Traktor zavodunda, Belarus-Azərbaycan Ticarət Evində olacaqlar.
Səfər oktyabrın 13-də başa çatacaq.
Femida.az
Oxunub: 711
Oxşar xəbərlər
- Oqtay Əsədov İrana gedəcək
- Oqtay Əsədov TürkPA Şura iclasında çıxış edib
- Oqtay Əsədov İsmayıl Qəhrəmanla görüşüb
- Oqtay Əsədov Bişkekə gedir
- Oqtay Əsədov xanım deputata: `Milli Məclisə nə vaxt daxil olmusunuz?`
- Oqtay Əsədov neftin qiymətindən danışdı
- Oqtay Əsədovdan deputatlara: `Bir az sakit olun! İclas gedir`
- Oqtay Əsədov İtaliya Senatının sədr müavini ilə görüşüb
- Oqtay Əsədov Minskdə bir sıra görüşlər keçirib
- Oqtay Əsədov Belarusa səfər edib