Məhkəmədə gərginlik: Dustağın ürəyi getdi


19:21     11 Oktyabr 2017 1442557655_mehkeme-zali8.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Famil Şahsuvarovun cinayət işi üzrə məhkəmə prosesi təxirə düşüb.


Femida.az -ın APA-ya istinadən xəbərinə görə, F. Şahsuvarov məhkəmənin gözləmə zalında özündən gedib. Məhkəməyə təcili tibbi yardım çağırılıb, onu təcili yardım avtomobili ilə xəstəxanaya aparıblar.

Qeyd edək ki, F. Şahsuvarov oğurluqda təqsirləndirilir. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1652