Deputat şeyxin qudasına qarşı şikayətini geri götürdü
14:09 12 Oktyabr 2017
Millət vəkili Çingiz Qənizadənin sabiq deputat, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.
Bu barədə Femida.az-a Ç. Qənizadənin vəkili Raqif Mustafayev məlumat verib. O deyib ki, Q. Salahzadə Ç. Qənizadənin məhkəməyə müraciət etməsindən sonra mətbuatda işlətdiyi sözlərdən imtina edib və buna görə də Ç. Qənizadə şikayətini geri götürmək barədə qərara gəlib: "Çingiz müəllim gördü ki, bu qeyri-ciddi adamdır, ona görə belə bir adamı məhkəməyə verməyə dəyməz dedi".
Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət edib.
Buna səbəb son vaxtlar Q. Salahzadənin Ç. Qənizadəyə qarşı mətbuatda ittihamlar səsləndirməsidir.
Şikayətə Sabunçu Rayon Məhkəməsində baxılırdı.
Oxunub: 732
Oxşar xəbərlər
- Deputatların maaşı artırılmayıb - Maliyyə şöbəsindən açıqlama
- Deputatlar Türkiyəyə gedir
- Deputatlarımız Moskvaya gedir
- Deputatlarımız Fransaya gedir
- Deputatların maaşı artırılsın - Siyavuş Novruzovdan təklif
- Deputat `Şöhrət` ordeni ilə təltif olunub
- Deputat Zəhra ilə bağlı kitab yazıb
- Deputatlarımız AŞPA-nın sənədlərinə etiraz edib
- Deputatlığa namizəd azərbaycanlı güllələndi - İki dostu və qayınatası ilə birlikdə
- Deputat Qırğızıstanda prezident seçkisini müşahidə etdi