İŞİD-dən xilas edilən azərbaycanlı uşaq Bakıdadır
13:54 13 Oktyabr 2017
Bir müddət əvvəl İŞİD terrorçularından xilas edilən azərbaycanlı azyaşlı Abdulla ötən gün Azərbaycana gətirilib.
Bu barədə Femida.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib ki, adıçəkilən uşaqlardan yalnız biri ölkəyə gətirilib:
“Birincisi, qeyd olunan Xədicə adı dəqiq deyil. Biz hazırda onunla bağlı identifikasiya işləri aparırıq. Amma Azərbaycanın İraqdakı səfirliyinin müşayiəti ilə Abdulla adlandırılan azərbaycanlı azyaşlının dünən axşam saatlarında vətənə gətirilməsi təmin olunub.
Onun gətirilməsi üçün İraq tərəfi ilə rəsmi yazışmalar, müvafiq sənədləşmə işləri aparılıb. Bu, ölkə qanunvericiliyinə uyğun həyata keçirilib. Hazırda uşaq nazirliyin nəzarətindədir və onun qohumlarına təhvil verilməsi üzərində iş aparılır”.
Femida.az
Oxunub: 1423
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- İşsizlərə ŞAD XƏBƏR!
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Sarkisyan xəstəxanaya yerləşdirildi
- Salatın Əsgərovanı qətlə yetirən ermənilər kimlərdir? -ADLAR