Qobustandakı ana ölümünün ilkin səbəbi məlum oldu


19:38     18 Oktyabr 2017 1425459772_sehiyye-n.jpg

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.


Femida.az-ın məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikasının baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub.

O qeyd edib ki, doğuşdan sonra ananın ölümünə ilkin səbəb qanaxma ehtimal olunur: "Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 606


Oxşar xəbərlər