Anti-Azərbaycan qüvvələri şantaja keçdi


19:25     02 Sentyabr 2015 D16335D4-ED3A-4016-8458-E4A912776826_w640_r1_cx1_cy0_cw49_s.png

Anti-Azərbaycan qüvvələri şantaja əl atmağa başlayıb

Ekspertlər bunun səbəbini onların ölkəmizə qarşı istifadə oluna biləcək əsaslı arqument tapa bilməmələri ilə izah edir.


Anti-Azərbaycan dairələr ölkəmizə qarşı olan kampaniyalarda hər vasitədən istifadə etməyə çalışır. İndi də şantaj yoluna əl atıblar. Belə ki, anti- Azrbaycan qüvvələrin nəzarətində olan "The Organized Crime and Corruption Reporting Project (OCCRP)” iqtisadçı Vüqar Bayramovun 8 ay öncə "Üç nöqtə” qəzetinə müsahibəsinin səs yazısındakı firkiləri tamamən kontekstdən çıxararaq və özlərindən Azərbaycanın əleyhinə fikirələr uydurub əlavə edərək qərəzli məqalə hazırlayıb.

Bu azmış kimi, OCCRP-nin redaktoru Drev Sullivan Vüqar Bayramovun rəhbərlik etdiyi İqtisadi və Sosial İnkişaf Mərkəzinə təhdidedici elektron məktub da göndərib. Məktubla bağlı iqtisadçı özü bildirir ki, elektron məktubda İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və sözügedən mərkəz rəhbərliyinin maraqlı personaj olmaları, bu təşkilatın hökumətlə əlaqələri araşdırılacağı və bunun ictimailəşdirəcəyi qeyd olunurdu:

"Həmçinin e-maildə qeyd olunur ki, bu istiqamətdə xüsusi araşdırmaçı da artıq fəaliyyət göstərir. Sözügedən təhdid məktubunda həm də mənim sosial şəbəkədə yaydığım statusun yığışdırılması "tələb edilirdi”. Nə qədər qəribə görsənsə də o, hətta məni jurnalistləri təhdid etməkdə ittiham etdi”.

Ekspertlərin sözlərinə görə, bu şantaj artıq onların zəifliyinin əlamətini bildirir. Görünür, istədiklərini ala bilmədiklərinə görə, bu cür cılız üsula əl atıblar. Eyni zamanda Azərbaycan daxilindən bəzi qüvvələrin də izləri görünməkdədir. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirir ki, Azərbaycana qarşı olan qüvvələr hər zaman bəlli dairələr tərəfindən idarə olunublar:

"Həmçinin, Azərbaycanın radikal müxalifətinin donosları, Azərbaycan haqqında saxta məlumatları fonunda fəaliyyət göstərirlər. Sadəcə, bu gün beynəlxalq təşkilatlarla işləyən insanların kateqoriyasında radikal və milli qüvvələr var. Radikal qüvvələr Əli Kərimlinin "quldurları”dır. Hansı ki, Azərbaycanda nə olsa, onu qara formada ötürürlər. Onlar da elə qara formada görüb, qara formada da dünya ictimaiyyətinə çatdırırlar. İkincisi milli qüvvələrdir ki, Azərbaycandakı reallıqla bağlı analizləri ortaya qoyurlar. Vüqar Bayramov da məhz həmin qüvvələrdəndir. Ona qarşı açıq şantajlar və təhdidlər var. Bunun da iki səbəbi ola bilər. Birincisi, parlament seçkilərinin ən real namizədlərdən birincisidir. Təbii ki, həmin beynəlxalq qüvvələr Vüqar Bayramovun daxildə və xaricdə tanınmış olmasında maraqlı deyil. Ona görə də ona qarşı belə bir hədənin, şantajın başalanacağı ehtimal olunurdu. Həmin dairələr həmişə Azərbaycanın ziyalılarına, Vətəni sevənlərə qarşı olublar. Hazırda hakimiyyətdə olan bu cür insanlar da hər zaman hədəfdə gəliblər. Məsələn, vətənpərvər insanlarla işləmək "Human Rights Watch” kimi təşkilatın marağında deyil. "Fredoom Haus”a Vüqar Bayramov kimi insanların rəyi maraqlı deyil. Vüqar Bayramov onların hədəfə aldıqları ilk şəxsdir. Qabaqda parlament seçkiləri və təbliğat var. Böyük ehtimalla maksimum imkanlarını səfərbər edib, beynəlxalq təşkilatlara reallıqları çatdıran digər insanları da hədəfə alacaqlar”.

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirir ki, həmin xarici anti-Azərbaycan dairələri daxildə bir qrup insanlarla əməkdaşlıq ediblər:

"Daxildəki qüvvələr isə onlar kimi düşünməyən insanlardan dərhal düşmən obrazı yaratmağa, onları cəmiyyətdə nüfuzdan salmağa çalışırlar. Vüqar Bayramov onların növbəti hədəfi idi.

Amma Azərbaycan siyasətinə düşmənçilik meylləri gətirməyə çalışan insanların cəmiyyədəki sonunu gördük. İllərini AXCP-ə verən insanların əksəriyyəti bu gün o partiyadan ayrılır. Bu cür adamların cəmiyyətdəki sonu bəllidir. Çünki, hazrıda Azərbacanda ölkə başçısının rəhbərliyi ilə barışıq, vətəndaş həmrəyliyi qurulub. Fikir müxtəlifliyi mövcuddur. Amma kiminsə fikri ilə razılaşmırsınsa, ondan düşmən obrazı yaratmaq, ləkəmək yolverilməzdir. Vüqar Bayramovun fikirləri həmişə Azərbaycanın real iqtisadi palitrasını əks etdirir. Vüqar Bayramovun proqnozları müxtəlif beynəlxalq iqtisadi mərkəzlərin düşüncələridir. Amma daxildəki və xaricdəki anti-Azərbaycan qüvvələr çalışıb ki, hər kəs Əli Kərimli, İsa Qəmbər kimi düşünsün”.
/movqe/

Açar sözlər:

Oxunub: 2265