Yaponiyada parlament seçkilərinin ilkin nəticələri açıqlanıb


03:16     23 Oktyabr 2017 592756.jpg

Yaponiyada oktyabrın 22-də keçirilmiş parlament seçkisinin ilk nəticələri məlum olub.


Femida.az APA-ya istinadən xəbər verir ki, seçkilərdə baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hakim koalisiya - Liberal Demokrat Partiyası və "Komeyto" partiyası qalib gəlir. İlkin məlumata əsasən, koalisiya 465 yerlik parlamentdə 310 mandat qazanıb.

Qeyd edək ki, Yaponiyanın baş naziri sentyabrın 28-də parlamentinin aşağı palatasını buraxaraq vaxtından əvvəl seçkilər elan edib.

Femida.az

Açar sözlər:

Oxunub: 784