Rusiyadakı Azərbaycan səfirliyində insident


18:14     23 Oktyabr 2017 871018.jpg

Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında insident baş verib.


Rusiya KİV-lərinin yaydığı məlumata görə, hadisə oktyabrın 8-də qeydə alınıb.

Belə ki, iş saatı bitdikdən sonra Olqa adlı xanım Azərbaycanın Moskvadakı səfirliyinə icazəsiz daxil olmaq istəyib. Lakin mühafizəçilər onun qarşısını kəsiblər.

Sərxoş vəziyyətdə olan qadın mühafizəçilərlə dalaşıb və səfirliyin qapısını döyərək Azərbaycana getmək istədiyini deyib. O, hadisə yerinə çağırılan polis tərəfindən saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2151