Vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxsi hansı CƏZA gözləyir?
19:35 23 Oktyabr 2017
Bakıda məhbusların qaçması faktı ilə bağlı hansı maddə ilə cinayət işinin başlanıldığı məlum olub. Məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
308.2-ci maddədən də göründüyü kimi məsul şəxslər burada məsuliyyətsizliyə yol verib.
Vəzifə səlahiyyətlərindən sui-istifadə nə deməkdir? Bunun cəzası nədir?
Femida.az Azərbaycan Respublikası Cinayət Məcəlləsinə istinad edərək xəbər verir ki, vəzifə səlahiyyətlərindən sui-istifadə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəsilinə aid edilir.
Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308.2. bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə , üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mircəlal Məcidli
Femida.az
Oxunub: 7465
Oxşar xəbərlər
- Vəzifəli şəxslər barəsində cinayət işi başlanıb
- Vəzifəli şəxsin narkoman qardaşına 6 il 6 ay həbs
- Vəzifəsindən uzaqlaşdırılan polis rəisi:`Onlardan rüşvət alıb`
- Vəzifədə olan qadınların statistikası açıqlandı
- Vəzifədə cəmi 10 ay qaldı - Nazir işdən çıxardı
- Vəzifəli şəxslərə hökm oxundu
- Vəzifəli şəxslər məsuliyyətə cəlb ediləcək
- Vəzifəli şəxs şantaj edildi
- Vəzifəli şəxsin pulla dolu seyfi oğurlandı - BAKIDA
- Vəzifəli şəxs barəsində cinayət işi başladı - Korrupsiya