Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək


22:20     23 Oktyabr 2017 agasadiq.jpg

Oktyabrın 27-də Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək.


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, xalq artistinin yubileyində onun ömür yolundan, yaratdığı təkrarsız obrazlardan, sənətkarlıq xüsusiyyətlərindən danışılacaq.

Bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Tədbir iştirakçıları sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi ilə də tanış ola biləcəklər.

Yubiley gecəsi Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 637