Səfirlik və konsulluqlara pul ayrılacaq - Büdcə layihəsi parlamentdə


20:27     25 Oktyabr 2017 milli%20meclis1.jpg

Azərbaycanın xarici ölkələrdəki diplomatik korpuslarına 2018-ci ildə büdcədən ayrılacaq vəsait müəyyənləşib.


Femida.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2018-ci il üzrə büdcə layihəsi”ndə əksini tapıb.

Layihəyə əsasən Azərbaycanın xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə 2018-ci ilin büdcəsindən 56 250 510 manat vəsait ayrılacaq.

Büdcə layihəsi artıq Milli Məclisə daxil olub və noyabrın 21-dən müzakirəyə çıxarılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 841


Oxşar xəbərlər