Anasının evində narkotik gizlədən şəxs tutulub


18:27     26 Oktyabr 2017 1399714276_cenubnews-hebs-yeni.jpg

Ötən gün İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib və nəticədə 2 kiloqrama yaxın narkotik vasitə götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən xəbərə görə, daxil olan əməliyyat məlumatı əsasında şəhər sakini Elməddin Ələsgərov saxlanılıb. Polis əməkdaşları tərəfindən E.Ələsgərovun Talıstan kəndində yaşayan anasının evində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı onun tövlədə və həyətdə olan yarımçıq tikilidə gizlətdiyi narkovasitə aşkar olunaraq götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkovasitənin 1 kiloqram 960,3 qram marixuana olması barədə rəy verilib. Faktla əlaqədar İsmayıllı RPŞ-də cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 748